Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 08:30:00
Diqqət! - Bakıda tıxac var- Yolların SİYAHISI

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Hal-hazırda aşağıdakı yollarda tıxac var:

 

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

 

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 

3. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

 

4. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

 

5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

 

6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər).