Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 18:48:00
Siyasi məhbus universitetdən xaric edildi - İranda   

İranda siyasi məhbus olan Pərəstu Moini azadlığa buraxıldıqdan sonra universitetdən xaric edilib.

 

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

 

Məlumata görə, Qəzvin Beynəlxalq Universitetinin tələbəsi Pərəstu Moini 2018-ci ilin martında həbs edilib.

 

Onun babası Həsənəli Səfai Tehranın məşhur tacirlərindən biri olub və Şah dövründə uzun müddət həbsdə olub. İnqilabdan sonra 1981-ci ildə rejimin banisi Ruhulla Xomeyninin göstərişi ilə Evin həbsxanasında edam edilib.
Pərəstunun anası da dəfələrlə həbs həyatı yaşayıb.