Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 23:16:16
Kürdə batanların adları məlum oldu - YENİLƏNİB  

Neftçalada Kür çayında batan yeniyetmələrin adları məlum olub.

AzEdu.az “Report”-a istinadən xəbər verir ki, onlar Beşdəli kənd sakinləri - 2007-ci il təvəllüdlü Məlikov Teymur Seymur oğlu, 2007-ci il təvəllüdlü Əhmədov Siyasət Elşad oğlu və 2005-ci il təvəllüdlü Əhmədov Elşən Elşad oğludur.

Qeyd edək ki, hər üç yeniyetmə axşam saatlarında Kür çayında çimərkən boğulub. Onların meyitləri FHN-in dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.