Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-17 18:30:00
Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub

İyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

 

AzEdu.az-ın xəbərinə görə nazirlikdən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.