Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 14:22:15
Abituriyentlər AzMİU haqqında məlumatlandırılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları “Kainat” Tədris Mərkəzinin Zaqatala filialının təşkilatçılığı ilə Zaqataladan olan abituriyentlərlə görüşüblər.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, tədbirə “Kainat” Tədris Mərkəzinin rəhbəri İlqar Ağakişiyev, Şəki-Zaqatala Regional Təhsil şöbəsinin nümayəndələri, AzMİU-nun Abituriyent Məsləhət Mərkəzinin əməkdaşları Aynurə Bayramova,  Rəna Cəbrayılova, Zaqatala filialının abituriyentləri və bölgə məktəbliləri qatılıblar.  

 

Görüşdə AzMİU-nun tanıtımı həyata keçirilib. Bölgə məktəblilərinə  universitetin maddi-texniki bazası, ixtisasları, beynəlxalq əlaqələri, ikili diplom layihələri, tələbə həyatından danışılıb, bukletlər paylanılıb.

 

AzMİU haqqında geniş məlumatlandırmadan sonra abituriyentləri maraqlandıran suallar cavablandırılıb.