Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 09:16:11
Sumqayıt və Azbşeron-Xızı regionunun rekordçu abituriyenti - FOTO

Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi Cavid Nəzərov I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə 692.8 bal toplayıb.


Bu barədə AzEdu.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.


Bildirilib ki, Cavid bu nəticə ilə Sumqayıt şəhəri üzrə ən yüksək nəticə toplayan abituriyentdir. O, eyni zamanda Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə ən yüksək nəticəyə imza atıb.


Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cavid Nəzərov I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692.8 bal) göstərən abituriyentdir.


O, imtahanın I mərhələsində 295.8, II mərhələsində isə 397 bal toplayıb.


Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) dünən I və IV ixtisas qrupları üzrə 3-4 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələrini elan edib.

 

Bu imtahanda I ixtisas qrupu üzrə iki nəfər ən yüksək nəticəni  göstərərək, 400 bal toplayıb.