Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 15:41:00
Elmi-metodiki fənn seminarlarının keçiriləcəyi tarix açıqlanıb  

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün keçiriləcək elmi-metodiki fənn seminarlar haqqında məlumat yayıb.

DİM-dən AzEdu.az-a bildirilib ki, yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanmasına və müzakirəsinə dair müvafiq fənlər üzrə elmi-metodiki seminarlar oktyabrın 3-dən etibarən başlayır. Təhsil İnstitutuna, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının institutlarına məktublar və seminarların iş qrafiki göndərilib. Seminarların işində müvafiq fənlər üzrə müəllimlər, metodistlər, metodika kafedralarının müəllimləri, mütəxəssislər, pedaqojiyönümlü fakültələrin magistrləri iştirak edə bilərlər.

Seminarlar Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) keçiriləcək.