
İyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.
AzEdu.az saytı regionlar üzrə ən çox bal toplayan müəllimlərlə bağlı təqdimatlara davam edir.
Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsində 50 baldan yüksək nəticə göstərənlərin bir qismini siz də tanıyın:
Masallı rayonu Sarıcəfərli kənd ümumi orta məktəbin müəllimi - Dadaşova Ofelya Əlihüseyn qızı, 57 bal;
Yardımlı şəhər V.H.Məmmədov adına 2 saylı tam orta məktəbin müəllimi - Tərlanlı Amid Mirxan oğlu, 55 bal;
Yardımlı rayonu Astanlı kənd Y.A.Məmmədov adına tam orta məktəbin müəllimi - Tağiyev Zaur İldırım oğlu, 55 bal;
Astara rayonu Təngərüd kənd S.Vurğun adına tam orta məktəbin müəllimi - Heydərova Gülarə Firdovsi qızı, 55 bal;
Yardımlı rayonu Astanlı kənd Y.A.Məmmədov adına tam orta məktəbin müəllimi - Tağıyev Nicat Fəxrəddin oğlu, 51 bal;
Yardımlı rayonu Qaraqaya kənd tam orta məktəbin müəllimi - Mahmudov Müşfiq Fəxrəddin oğlu, 51 bal;
Yardımlı rayonu Osnaqaran kənd Ə.S.Babayev adına tam orta məktəbin müəllimi - Əlizadə Qəhrəman Şakir oğlu, 50 bal.