Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 17:30:00
AMEA-nın Yüksək Texnologiyalar Parkı TÜBİTAK-ın keçirdiyi yarışmada iştirak edib    

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) təşkilatçılığı və Türkiyə Texnologiya Komandası Vəqfinin dəstəyi ilə İstanbulda pilotsuz uçan aparatların (PUA) yarışı keçirilib. Məqsəd fövqəladə hallar zamanı mülki təyinatlı PUA-lardan istifadə etməyin mümkünlüyünü göstərmək olub.

İstanbul Qrand Hava Limanında keçirilən yarışda 5 ölkədən 289 komanda mübarizə aparıb. Turnirdə ölkəmizi AMEA-nın Yüksək Texnologiyalar Parkının (“YT Park”) "AMEACRAFT" komandası təmsil edib.

AMEA-dan AzEdu.az-a bildirilib ki, yarışmanın nəticələrinə əsasən "AMEACRAFT" final mərhələsinə keçən 85 komandadan biri olub.

Qeyd edək ki, bu gün Rəyasət Heyətində keçirilən tədbirdə akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev TÜBİTAK-ın təşkil etdiyi yarışmada iştirakına görə AMEA-nın müxbir üzvü Əminağa Sadıqova və “YT Park”ın rezidenti “Elm və Texnologiya Parkı” MMC-nin bir qrup əməkdaşına mükafat və sertifikatlar təqdim edib.