Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 10:24:17
General-mayorun həbs müddəti yenidən uzadıldı  

Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddəti yenidən uzadılıb.

 

 

AzEdu.az “Report”a istinadən xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub.

 

 

Qərara əsasən, T.Həsənovun həbs müddəti daha 2 ay artırılıb.
Qeyd edək ki, general-mayor T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.

Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.