Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 13:24:12
Gəncədə evi su basdı: bir ailənin üç üzvü... - VİDEO  

Gəncədə su basmış evdə bir ailənin üç üzvü təxliyə olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Əhməd Cavad küçəsində intensiv yağıntılar səbəbindən həyətyanı sahəsini su basmış fərdi yaşayış evində bir ailənin üç üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 


Məlumatla əlaqədar dərhal əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri köməksiz vəziyyətdə qalan biri azyaşlı olmaqla üç nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.