Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 15:11:02
Bu il BDU-dan 5 mindən çox tələbə məzun olur

2022-2023-cü tədris ilində Bakı Dövlət Universitetini (BDU) 5000 mindən çox tələbə bitirir.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

 

Bildirilib ki, ümumilikdə fəaliyyət göstərdiyi dövr ərzində BDU 200 min nəfərədək mütəxəssis və yüksək ixtisaslı kadr yetişdirib.

 

"Hazırda BDU-da 16 fakültə, 1 500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25 000-ə yaxın tələbə təhsil alır. Bakalavriat səviyyəsində 84 ixtisas, magistratura səviyyəsində 246 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir", - məlumatda vurğulanıb.