Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 17:52:42
Peşə tanınması üzrə keçiriləcək imtahan təxirə salınıb

Xaricdə təhsil almış şəxslər üçün keçiriləcək imtahan təxirə salınıb.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzi (DİM) Mətubat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, DİM tərəfindən 9 iyul 2023-cü il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün keçirilməsi nəzərdə tutulan peşə tanınması üzrə imtahan təxirə salınıb.

 

İmtahanın tarixi müəyyən olunan kimi DİM-in internet saytında məlumat veriləcək.