
2023-06-26 10:11:24
Gənc müəllimlərin Böyük Qayıdışa dəstək forumu keçirilib
25 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "Gənc müəllimlərin Böyük Qayıdışa dəstək forumu" keçirilib.
Bu barədə AzEdu.az-a Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.
Forum gənc müəllimlərin gələcək fəaliyyət istiqamətlərini, Böyük Qayıdış prosesində rollarını müəyyənləşdirmək, istedadlı gənc müəllimləri aşkara çıxarmaq və Şərqi Zəngəzur regionundan olan müəllimlərin əməkdaşlıq şəbəkəsini genişləndirmək məqsədilə təşkil olunub.
300-dən çox gənc müəllimin iştirakı ilə baş tutan forumda dövlət rəsmiləri, millət vəkilləri, tərəfdaş qurumların və elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Forumun rəsmi hissəsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, millət vəkili Ceyhun Məmmədov, Elm və Təhsil Nazriliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Faiq Məmmədov, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə və Cəbrayıl rayon N. Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin gənc müəllimi Aysu Məmmədli çıxış ediblər.
Forumun ikinci hissəsi panel müzakirələrlə davam edib.
Panel müzakirə sual-cavab sessiyası ilə başa çatıb. Gənc müəllimlərin mövzu ilə bağlı təklifləri səsləndirilib və onları maraqlandıran suallar cavablandırılıb.
Sonda forum iştirakçılarının təəssüratları dinlənilib, onlarla xatirə şəkli çəkdirilib.
Bu bölməyə aid digər xəbərlər
Bölgələrdə müəllim çatışmazlığı: “Məktəb sayını azaldıb keyfiyyəti artırmalıyıq”
2024-09-12 12:21:00
“Təhsil işçilərinin sentyabr konfransları” uğurla başa çatıb
2024-09-11 13:29:16
Sertifikasiyanın müsahibəsindən uğur qazanmaq istəyənlər - Bunları mütləq BİLİN
2024-09-10 15:01:00
Emin Əmrullayev: COP29 zamanı bağçalar işləyəcək
2024-09-10 11:08:56
Repetitor və hazırlıq kurslarına SON – “Abituriyentlərin xeyrinə olacaq”
2024-09-09 15:29:00
Uşaqlarda boy qısalığı: “Vitaminlərdən istifadə problem yaradır” - PEDİATR
2024-09-09 11:36:00
“Tarixdə bu gün” - 9 sentyabr necə yadda qalıb?
2024-09-09 08:50:00
DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək
2024-09-07 17:15:00
Xankəndidə 300-ə yaxın şagird məktəblərə qəbul olunub
2024-09-07 16:17:42
Abşeron rayonunda “Bilik Günü” şəhid övladları ilə birgə qeyd edilib
2024-09-07 15:23:50