
2018-10-03 12:48:00
Dövlət qulluğu üzrə müsahibədə iştirak üçün 1294 namizəd müraciət edib
Dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibədə iştirak etmək üçün ərizə verən namizədlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, sentyabrın 17-də elan etdiyi müsahibəyə 12 dövlət orqanı üzrə ümumilikdə 265 vakant vəzifə çıxarılıb. Oktyabrın 3-nə olan məlumata əsasən, müsahibədə iştirak üçün 1294 namizəd müraciət edib. Ən çox müraciət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (15 yerə 352 nəfər), Dövlət Statistika Komitəsi (84 yerə 329 nəfər) və Maliyyə Nazirliyi (34 yerə 150 nəfər) üzrə qeydə alınıb.
Qeyd edək ki, müsahibədə iştirak üçün namizədlərin qeydiyyatı oktyabrın 17-dək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları DİM-in internet portalında yerləşdirilib.
Bu bölməyə aid digər xəbərlər
Dövlət qulluğu üzrə sertifikat üçün qeydiyyat aparılır
2023-07-24 11:30:21
Dövlət qulluğunun rəhbər vəzifələri üçün imtahan keçiriləcək
2023-07-21 09:24:49
12 dövlət qurumunda 61 vakant vəzifə müsahibəyə çıxarıldı
2023-07-14 15:38:37
Dövlət qulluğuna qəbul olunanlar and içdilər
2023-06-24 10:53:07
1 may tarixli dövlət qulluğu müsabiqəsinə sənəd verənlərə XƏBƏRDARLIQ
2023-06-14 09:15:19
Dövlət qulluğuna qəbulda dəyişiklik edildi
2023-06-07 17:21:42
Aprelin 30-da dövlət qulluğuna imtahan keçiriləcək
2023-04-19 09:55:23
Məmur olmaq istəyənlər üçün müsahibələrin keçirilmə qrafiki AÇIQLANDI
2023-04-14 15:14:52
Dövlət qulluqçularının reyestr qaydası hazırlanacaq - FƏRMAN
2023-04-10 10:50:02
Məmur olmaq istəyənlər üçün imtahan - “buraxılış vərəqəsi”ni çap etsinlər!
2023-03-14 10:43:58