Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 09:57:49
Dünyanın ən yaxşı universitetləri - Siyahıda Türkiyənin 10 ali məktəbi də var - ADLAR

Nüfuzlu “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi dünyanın ən mühüm reytinqlərindən biri hesab olunan “2024-cü ildə dünya səviyyəli ən yaxşı universitetlərin reytinqi”ni elan edib.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın 1500 ən yaxşı universiteti siyahısında Türkiyənin 10 ali məktəbi ilk “1000-lik”də yer alıb.

Dünyanın ən yaxşı universitetləri reytinqində ilk 3 lider ABŞ və Böyük Britaniya ali məktəbləridir.

Belə ki, ABŞ-ın Massaçusets Texnologiya İnstitutu yenidən 1-ci yerdə göstərilib.

Britaniyanın Kembric və Oksford universitetləri isə müvafiq olaraq 2-ci və 3-cü yerlərdə qərarlaşıblar.

Reytinqdə ilk “1000-lik”də yer alan Türkiyə universitetləri aşağıdakılardı:

Yaxın Şərq Texniki Universiteti - 336-cı yer;
İstanbul Texniki Universiteti  - 404-cü yer;
Koç Universiteti - 431-ci yer;
Bilkent Universiteti - 502-ci yer;
Boğaziçi Universiteti - 514-cü yer;
Sabancı Universiteti - 526-cı yer;
İstanbul Universiteti;
Hacettepe Universiteti;
Ankara Universiteti;
Yıldız Texniki Universiteti.