Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-05 11:26:00
Məktəb direktoru olmaq istəyənlər 50%-lik baryeri keçməlidir

“Direktorların işə qəbulu imtahanında keçid balı stabildir”

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov "Təhsil masası"nda deyib:

 

“Direktorların işə qəbulunda keçid balı olaraq 50%-lik keçid baryeri nəzərdə tutulur. Və bu keçidi ödəyən namizədlər növbəti mərhələyə dəvət olunur. Növbəti mərhələ olan esse də qiymətləndirmə bal ilə aparılır. O qiymətləndirmədə də 50%-lik nəticə göstərənlər sonuncu - müsahibə mərhələsinə dəvət olunur. Ümumi bal isə 100 baldır”.