
Uşaqların sağlam böyüməsi üçün onların ilk növbədə düzgün qidalanmasına fikir verilməlidir.
Hər ölkənin özünəməxsus yemək standartları var. Xarici ölkələrin məktəb yeməklərinə nəzər saldıqda, onların kartof, düyü, kələm qidalarına üstünlük verdikləri aydın görünür.
AzEdu.az təhsil portalı xarici KİV-ə istinadən xarici ölkələrin məktəblərində yer alan şagird menyularını təqdim edir.
Finlandiyada hər şagirdə səhər yeməyi ilə yanaşı, xüsusi qəlyanaltılar da verilir. Şagirdlər məktəbdə çoxçeşidli menyu seçmək imkanına malikdilər.
Finlandiya məktəblərində sağlamlıq problemləri olan uşaqlara isə fərqli ayrı-ayrı menyularla yeməklər təqdim olunur. Məsələn, nahar üçün souslu kartof, salat, kartof və kotletlər...
Fransada şagirdlər üçün böyük tənəffüs 1-2 saat olur. Şagirdlər bu fasilədə hətta evlərinə də gedə bilərlər. Bu isə onların sərfəli nahar etməsi üçün çox gözəl şansdır.
Braziliya məktəblərində şagirdlərin qidalanmasında ət, dəniz məhsulları və düyüyə üstünlük verilir.
Ölkə əhalisi ümumiyyətlə, qızardılmış və qaynadılmış yeməklərdən istifadə edir.
Cənubi Koreya məktəb yeməklərini planlaşdırma sahəsində dünyada ən yaxşı ölkələrdən biridir. Burada məktəblilərin qidalanmasında dəniz məhsulları, salatlar, tərəvəz, meyvələrə üstünlük verilir.
Yunan mətbəxində balıq əhəmiyyətli qidalardan biridir. Məktəblərdə də şagirdlərə təqdim olunan menyuda balıqdan yeməkləri, eyni zamanda, meyvə-tərəvəzlərə üstünlük verilir.
Ukrayna məktəblərində şagirdlərə borş, salatlar, tərəvəz və meyvələr verilir.
Amerika məktəblərində isə şagirdlər üçün yeməklər nisbətən fərqli olur. Orada çox vaxt şagirdlərin sevdiyi fast-food-lara üstünlük verilir. Valideynlər uşaqlara məktəbə aparmaq üçün səhər yeməyi də hazırlayırlar.