Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-06 12:27:07
Direktorlara tam müstəqillik vermək olmaz - Nazir

"Məktəb direktorlarına tam müstəqillik verilməsi doğru olmaz, çünki bu, bəzi neqativ hallara səbəb olur".

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdəki çıxışı zamanı deyib.

 

"Bu, təxminən 2000-ci illərin əvvəlinə qədər belə idi. Həmin illərin statistikasına baxanda görürük ki, bəzi direktorlar məktəblərə kimləri müəllim kimi işə götürüb", - nazir qeyd edib.

 

O, həmçinin deyib ki, yalançı elmi dərəcə alan adamların olduğu cəmiyyətdə müəllimlərə, direktoralara həvəsləndirici orden, medal və adların verilməsi çətindir.

 

"Saxta yolla alim adı almış adamla, səmərəli, yaxud səmərəsiz alimi qarışdırmaq olmaz. Biz cəmiyyət olaraq, saxta yollarla bu cür dərəcələr almış adamları ifşa etməliyik", - nazir əlavə edib.