
AzEdu.az XI sinif buraxılış imtahanları üçün tələb olunan fənn və maksimal balları təqdim edir.
Bu barədə AzEdu.az-a təhsil eksperti Kamran Əsədov məlumat verib. O qeyd edib ki, şagirdlər I mərhələdə Ana dili, Riyaziyyat və Xarici dil fənlərindən imtahan olunacaqlar.
Ana dilindən(Azərbaycan və ya rus dilləri) maksimum bal 100-dür. 2 mətn , hər mətnə aid isə 10 tapşırıq veriləcək. Onlardan 5-i yazı tələb olunan açıq, 5-i isə qapalı olacaq. Dil qaydalarına aid isə 10 qapalı tapşırıq veriləcək.
Riyaziyyat da maksimal bal eynidir. Amma bu fəndən şahirdlərə cavablandırmaq üçün 25 tapşırıq veriləcək. Onlardan 7-i yazılması tələb olunan açıq, 5-i isə ənənəvi açıq, 13-ü isə qapalıolacaq.
Xarici dil fənnindən 30 sual üçün maksimum 100 bal nəzərdə tutulub. Bu fənnə dinləmə mətni, 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq), oxuyub-anlama mətni-8 tapşırıq (4 qapalı+4 yazı tələb olunan açıq), dil qaydalarına dair 16 qapalı tapşırıq daxildir.