
2023-07-12 16:47:00
LDU əməkdaşları İspaniyanın Leon Universitetində
Lənkəran Dövlət Universitetinin (LDU) “Xarici dillər və Tərcümə” kafedrasının müdiri Haşım Əkbərov, universitetin Qeydiyyat, qiymətləndirmə və əlavə təhsil bölməsinin rəhbəri Nəzrin Hüseynli, “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının baş müəllimi Cavidan Əliyev İspaniya Krallığında ezamiyyətdə olublar.
Universitetdən AzEdu.az-a bildirilib ki, səfər İspaniyanın Leon Universiteti ilə imzalanmış müqaviləyə əsasən Erasmus+ KA171 layihəsi çərçivəsində təşkil olunub.
Səfər müddətində LDU əməkdaşları ixtisasları üzrə Leon Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri və kollektivi ilə görüşüb, ali təhsil ocağının xarici əlaqələri və beynəlxalq təhsil proqramları ilə tanış edilib.
Universitetin tərkibindəki dil mərkəzində dünyanın bir çox ölkələrindən gələn əcnəbi vətəndaşlar üçün ispan, fransız, italyan və digər xarici dillərdə yaradılmış kursların fəaliyyəti ilə tanışlıq da səfərin yaddaqalan məqamlarından olub.
Tədrisin təşkili şöbəsinin məsul şəxsləri ilə görüş zamanı kredit sistemi, fənnlərin tədrisi metodikası, imtahan prosesinin keçirilmə və qiymətləndirmə mexanizmi, tələbələr üçün təşkil olunan güzəştlər və s. məsələlərə toxunulub. Tarix, coğrafiya və xarici dillər fakültəsinin dekanı və müəllimləri ilə keçirilən görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, təklif və rəylər dinlənilib, fikir mübadiləsi edilib.
Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44