
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən “Professor Turan Yazgan təhsil və mədəniyyət mükafatı” ilə təltif olunub.
UNEC-dən AzEdu.az-a bildirilib ki, Türk dünyasının önəmli simalarının layiq görüldüyü mükafat V İqtisadiyyat və İdarəetmə Sahəsində Araşdırmaçıların Beynəlxalq Elmi Konfransı çərçivəsində keçirilən “Türk dünyasında çağırışlar” adlı paneldəkı çıxışından sonra rektor Ədalət Muradova TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən təqdim olunub.
Professor Ədalət Muradov UNEC-də təhsilin keyfiyyətinin təmin edilməsi istiqamətində apardığı uğurlu islahatlara, universitetin beynəlxalq reytinqlərdə nüfuzunun artırılmasına görə həmin mükafata layiq görülüb.