Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 14:18:00
Deputat tələbələrlə bağlı məsələ qaldırdı    

“Azərbaycanda təhsil alan tələbələrin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə hazırlanmış “Azərbaycan Tələbə Kartı “tələbələrə tamamilə ödənişsiz paylanılır. Bu layihə tələbələrə sosial dəstəyin artırılması məqsədi daşıyır”.

AzEdu.az Modern.az-a istinadən məlumat verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputatın sözlərinə görə, regionda və paytaxtda yaşayan tələbələrin arzuları ondan ibarətdir ki, onlara ictimai nəqliyyatdan istifadə zamanı endirimlər edilsin.

“Təbii ki, bizdə bu qiymətlər Avropa ilə müqayisədə çox ucuzdur. Ancaq yenə də tələbələrin müraciətləri nəzərə alınıb. Artıq müvafiq qurumlarla bu məsələ ətrafında danışıqlar aparılır. Ümid edirəm ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq”.