
Bakı Dövlət Universitetinin (BDU) magistraturasına qəbul olmuş şəxslər iyulun 21-i saat 11.00-dan iyulun 31-i saat 18.00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib.
Qeydiyyat üçün aşağıda göstərilən əsas sənədlər elektron formada təqdim edilməlidir:
1. Ali təhsil haqqında sənədin əsli və onun əlavəsi və ya bakalavriat səviyyəsini bitirməsi haqqında arayış (cari ilin məzunları üçün);
2. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (oğlanlar üçün).
Qeyd olunan müddətdə qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 539 06 71.