
Dövlət İmtahan Mərkəzi ТРКИ (Тест по русскому языку как иностранному) imtahanına qeydiyyat elan edib.
AzEdu.az xəbər verir ki, imtahan 27 iyul 2023-cü il tarixində keçiriləcək.
İmtahana son qeydiyyat tarixi 25 iyul 2023-cü ildir.
Dövlət İmtahan Mərkəzi (DİM) SPDU ilə əməkdaşlıq çərçivəsində ТРКИ imtahanının aşağıdakı 6 (altı) səviyyə üzrə imtahan təşkil edir.
İbtidai səviyyə (ТЭУ / A1)
Əsas səviyyə (ТБУ / A2)
Birinci səviyyə (ТРКИ-I / B1)
İkinci sertifikat səviyyəsi (ТРКИ-II / B2)
Üçüncü sertifikat səviyyəsi (ТРКИ-III / C1)
Dördüncü sertifikat səviyyəsi (ТРКИ-IV / C2)
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.
İmtahan haqqında daha ətraflı məlumatla burdan tanış olmaq mümkündür.
Qeydiyyat: https://eservices.dim.gov.az/iexams/az/login.aspx