
2023-07-21 10:59:05
Daha bir məktəb valideynləri “Yay məktəbi”nə topladı
Daha bir məktəb valideynləri “Yay məktəbi”nə topladı.
Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Paytaxtdakı ümumi təhsil məktəblərində valideynlər üçün növbəti “Yay məktəbi” təşəbbüsünə 32 nömrəli tam orta məktəb də qoşulub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə keçirilən 'Yay məktəbi"nin budəfəki təlimi də maraqlı mövzular və əyləncəli proqramlarla zəngin olub.
BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə və Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova “Qiymətləndirmənin və dəyərləndirmənin insan həyatında rolu” mövzusunda valideynlərlə qarşılıqlı fikir mübadiləsi apararaq maraq doğuran məsələlərə aydınlıq gətirib, valideynlərin suallarını cavablandırıblar.
Təşkil olunan intellektual-əyləncəli oyunlar da valideynlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Valideynlər üçün təşkil olunan “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etmək, yeni tədris ilində qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, məktəbdaxili proseslərə valideynlərin cəlb olunmasına dair fikir mübadiləsi aparmaq, effektiv məktəb mühitini formalaşdırmaq və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.
Bu bölməyə aid digər xəbərlər
Məktəb direktorunun müsadirə edilmiş əmlakı geri qaytarıldı
2024-09-11 16:40:05
Yol polisindən yeni tədris ili ilə bağlı əhaliyə MÜRACİƏT
2024-09-11 13:26:59
Saatlıda məktəb açılışı olub
2024-09-10 13:22:38
“Maydan sonrakı 2 həftədə məktəblərdə səmərəlilik düşür”
2024-09-10 12:20:16
İşğaldan azad olunmuş ərazilərdə 10 məktəb fəaliyyətə başlayacaq
2024-09-10 11:47:29
Ötən tədris ilində 12 məktəbə direktor təyin olunub
2024-09-10 11:45:07
Mütəxəssis: Məktəb çantasının ağırlığı uşağın çəkisinin 10 faizindən çox olmamalıdır
2024-09-10 11:43:19
Naxçıvan şahmatçıları Bitlisdəki festivalda uğurlu çıxış ediblər
2024-09-09 16:05:06
NİİM yeni tədris ili ilə bağlı müraciət edib
2024-09-09 10:09:00
Ən xoşbəxt uşaqlar bu ölkədə yaşayır
2024-09-08 15:04:35