_1662195086_254.jpg)
2023-2024-cü tədris ili üçün Bakı Dövlət Universitetinin (BDU) magistratura pilləsinə qəbul olmuş şəxslərin qeydiyyatı başlayıb.
Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib.
Magistraturaya qəbul olmuş şəxslər iyulun 21-i saat 11:00-dan iyulun 31-i saat 18.00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyat üçün aşağıda göstərilən əsas sənədlər elektron formada təqdim edilməlidir:
1. Ali təhsil haqqında sənədin əsli və onun əlavəsi;
2.Bakalavr pilləsini bitirməsi haqqında arayış (cari ilin məzunları üçün);
3.İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (oğlanlar üçün);
4. Ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar üçün ödəniş qəbzi.
Qeyd olunan müddətdə qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcək.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 539 06 71 (BDU-nun Magistratura şöbəsi).