
“Naxçıvanda qəhrəman polis göldə boğulan uşağı xilas etdi, ana və özünü xilas edə bilmədi”.
AzEdu.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi əvəzi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
“Bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oglu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası-1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər”, - E.Hacıyev deyib.
Qeyd edək ki, hadisə Babək rayonundakı Uzunoba gölündə baş verib.
Batan şəxslərin FHN xilasediciləri tərəfindən çıxarılıb. 2010-cu il təvəllüdlü Mehdiyev Murad Mahir oğlu isə xəstəxanaya yerləşdirilib.