Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-05 16:08:03
Bağça müdiri vəzifəsinə sənəd qəbulu...

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi davam edir.


Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AzEdu.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 7-si saat 11:00-dək linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 


Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.