Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-15 15:19:00
“İnklüziv ali təhsil" metodik vəsaiti hazırlanıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzinin "İnklüziv ali təhsil" metodik vəsaiti artıq istifadəyə hazırdır.

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

 

Metodik vəsait UNEC-də keyfiyyətli inklüziv təhsil mühitinin yaradılmasına kömək edəcək. Vəsaitin müəllifi UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimovadır.