
Azərbaycan Texniki Universitetində (AzTU) “Elsevier” şirkətinin “Scopus” və “ScienceDirect” bazalarının təqdimatı keçirilib.
Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, təqdimatda AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin Kitabxana İnformasiya Mərkəzinin əməkdaşları, “Elsevier” şirkətinin nümayəndələri - Damir Rakhmatov və Helena Pacsuzka, həmçinin müxtəlif ali məktəblərin nümayəndələri iştirak ediblər.
İştirakçıları salamlayan rektor Vilayət Vəliyev müasir dövrdə tədrisin və elmi-tədqiqatların inkişafından danışaraq bu istiqamətdə kitabxanaların rolunu qeyd edib. Bildirib ki, kitabxanaların beynəlxalq əməkdaşlığı genişləndirməsi elmin inkişafı üçün mühüm amillərdən biridir.
AzTU-nun Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyevanın moderatorluğu ilə keçirilən təqdimatda “Elsevier” şirkətinin nümayəndələri - Damir Rakhmatov və Helena Pacsuzkanın “Scopus” və “ScienceDirect” bazaları haqqında ətraflı məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.