Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-21 12:50:31
Rezidenturaya qəbul üzrə ixtisas seçimi başa çatır 

Rezidenturaya qəbul olmaq üçün avqustun 17-dən başlanan ixtisas seçimi sabah başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 22-si saat 23:59 dək eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər. İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar. Bu günə olan məlumata görə, 368 (Azərbaycan bölməsi – 292, rus bölməsi – 76) namizəd ixtisas seçimi edib.

 

Qeyd edək ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.