Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-28 09:26:25
16 yaşlı məktəbli itkin düşüb

Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, ev 3A ünvanında yaşayan 2007-ci il təvəllüdlü Nəbiyev Nicat Məsum oğlu itkin düşüb.

 

AzEdu.az xəbər verir ki, N.Nəbiyev 21.08.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Onun yaxınları hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.