2018-10-10 13:07:00
Bakıda şagird 9 nəfəri bibər qazı ilə zəhərlədi
Bakıda şagird məktəbə bibər qazı gətirib. Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə baş verib. Şagirdin məktəbdə bibər qazından istifadə etməsi nəticəsində bir neçə məktəbli zəhərlənib.
AzEdu.az xəbər verir ki, 76 nömrəli tam orta məktəbdən verilən məlumata görə, oktyabrın 10-da, saat 10:30 radələrində tənəffüs vaxtı 6-ci sinif şagirdlərindən biri digər sinif yoldaşı ilə birgə (müvafiq səbəblərə görə şagirdlərin adı qeyd olunmur) məktəbin dəhlizində gözyaşardıcı qaz buraxıb:
"Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar təxliyyə olunublar. Şagirdlərə ilkin tibbi yardım göstərilib".
"Tənəffüs vaxtı olduğu üçün digər şagirdlər də gözyaşardıcı qazdan təsirləniblər. Dərhal uşaqlar təxliyyə olunublar. Şagirdlərə ilkin tibbi yardım göstərilib".
Kliniki Tibbi Mərkəzin baş həkimi, baş toksikoloq Azər Maqusodv AzVision.az-a bildirib ki, mərkəzə 6 şagird gətirilib, onların vəziyyəti stabildir.
“Həyatları üçün təhlükə yoxdur. Onlar 1 oğlan, 5 qızdır. Yüngül reaksiyalar, tənginəfəslik var, bir az narahatdırlar. Tədbirlər görülür və yaxın vaxtlarda evə buraxılacaqlar”.
İlkin dindirilmə zamanı hadisəyə səbəb olan məktəbli bibər qazının atasına məxsus olduğunu bildirib. Faktla bağlı araşdırma aparılır.

Səhiyyə Nazirliyindən isə AzVision.az-a bildirilib ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan 2-i qız, 7-i oğlandır. Məktəblilərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16