_245.jpg)
2023-09-15 10:25:56
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 17 sentyabr 2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.
DİM-dən AzEdu.az-a verilən xəbərə görə, imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı).
İmtahana qeydiyyat 2023-cü il avqustun 17-dən 14 sentyabr saat 11:00-dək aparılıb və bu müddət ərzində 90 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.
Bu bölməyə aid digər xəbərlər
Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib
2024-08-29 16:11:00
Dövlət qulluqçularının etik davranış qaydaları barədə hesabat hazırlanıb
2024-08-29 16:05:41
Kolleclərə ixtisas seçimi başlayıb
2024-08-28 11:14:09
DİM-dən abituriyentlərə şad xəbər: həmin sual hamının xeyrinə hesablanacaq!
2024-07-23 10:49:00
TOEFL iBT imtahanı keçirilib
2024-07-21 11:55:02
Qəbul imtahanının çətinliyi barədə DİM-dən açıqlama
2024-07-15 10:02:00
İmtahan verəcək şəxslərin nəzərinə: Mütləq bu sənədləri götürün
2024-07-13 16:47:16
Abituriyentlərin nəzərinə: buraxılış vərəqəsini çap edin
2024-07-12 15:56:59
General Test imtahanı keçirilib
2024-07-12 14:50:32
Qabiliyyət imtahanları davam edir...
2024-07-10 14:57:54