
2023-09-22 16:39:32
ATU - nun məzunu şəhid olub
Sentyabrın 19-da ermənilərin terrorçu fəaliyyəti nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları həlak oldu.
AzEdu.az xəbər verir ki, bu barədə universitetin mətbuat katibi Günel Aslanova məlumat yayıb.
Bildirib ki, bundan bir neçə saat sonra Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatlarına start verdi. Və heç 24 saat tamam olmamış qarşı tərəf ağ bayraq qaldıraraq, rəsmi Bakının irəli sürdüyü bütün şərtləri qəbul etdi. Çox təəssüf ki, ölkəmizin suverenliyi uğrunda həyata keçirilən bu əməliyyat da itkisiz ötüşmədi.
Antiterror əməliyyatı zamanı həyatını itirən şəhidlərimizdən biri də Azərbaycan Tibb Universitetinin məzunu, tibb xidməti giziri Seymur Sabir oğlu Şabıyevdir.
Seymur 16 iyun 1997-ci ildə Cəlilabad rayonunun Mirzəli kəndində anadan olub. 2014-cü ildə Cəlilabad rayon Hacıməmmədli kənd orta məktəbini bitirib. Elə həmin il Azərbaycan Tibb Universitetinə hərbi feldşer ixtisasına qəbul olunub. 2016-cı ildə universiteti bitirərək, hərbi feldşer kimi xidmətə başlayıb.
Qeyd edək ki, o, 44 günlük Vətən müharibəsində də iştirak etmiş və təltif olunmuşdu.
Azərbaycan Tibb Universitetinin rəhbərliyi və bütün kollektivi şəhidimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyir. Onun xatirəsi daim qəlbimizdə yaşayacaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44