Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-29 13:04:17
Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir – Fotosessiya

2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 344 məktəbəqədər təhsil müəssisəsinə 34 995 uşaq cəlb olunub.

 

İdarədən AzEdu.az-a bildirili ki, 2023-cü ilin iyul ayında Bakı şəhəri Hövsan qəsəbəsində 13 və 14 nömrəli uşaq bağçaları istifadəyə verilib.

 

Yeni istifadəyə verilən 2  uşaq bağçasında ümumilikdə 10 qrup fəaliyyət göstərir. Uşaq bağçalarında 3-6 yaşlı 200 uşağın təlim-tərbiyəsi ilə 46 nəfər işçi məşğul olur.