
2023-09-29 15:29:18
Təhsilə töhfə verən qadın - Qənirə Paşayeva
Qənirə Paşayeva 1975-ci il 24 mart tarixində, Tovuz rayonu Düz Qırıqlı kəndinə anadan olub. Orta təhsilini 1 sayılı Düz Qırıqlı kənd orta məktəbində alıb. Həmin məktəbdən məzun olduqdan sonra Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini daxil olub. Magistratura təhsilini isə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
Qənirə Paşayeva həmçinin jurnalistika fəaliyyəti ilə məşğul olub. O, 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışmışdır. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. Həmçinin Qənirə xanım, Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı idi. Bununla bərabər, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olub.
Jurnalist, deputat və komitə sədri kimi fəaliyyət göstərən Qənirə xanım, həm də gənclərin sevimlisi idi. O, təhsillə sıx əlaqədə olub, Azərbaycanın müxtəlif bölgələrində yerləşən bir çox orta və ali təhsil ocaqlarında görüşlər təşkil edir, öz tövsiyələrini şagird və tələbələrlə bölüşürdü. Qənirə Paşayeva gənclər arasında təhsilə daha böyük marağın yaradılması üçün bir çox layihələrdə də iştirak edirdi. Komitə sədri qadınların cəmiyyətdə rolunun artması, təhsili, məişət zorakılığı ilə mübarizənin dövlət siyasətində önəmli yer tutduğunu vurğulayır, ölkəmizdə bütün qadınların ali təhsilli, savadlı kadr olmasını dəstəkləyirdi.
Deputat gənc müəllimlər üçün təşkil olunan “İlin gənc müəllimi” layihəsində də iştirak edib. Belə yarışmaların ictimai fikirdə təhsilə, gənc nəsilə diqqətin artmasına, gənc istedadların üzə çıxarılmasına xidmət etdiyini, özəlliklə gənc müəllimlər üçün stimul olduğunu vurğulayırdı.
Qənirə Paşayevin vaxtsız ölümü bütün Azərbaycan xalqını kədərləndirdi. O, daima vətənə təmənnasız bağlı və böyük sevgi bəsləyən insan kimi yaddaşlarda qalacaq.
Bu bölməyə aid digər xəbərlər
“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub
2024-09-12 10:41:16
Sentyabr döyüşlərinin 2 ili tamam oldu
2024-09-12 08:59:29
“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...
2024-09-12 08:56:00
Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
2024-09-12 08:45:58
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir
2024-09-11 17:57:00
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA
2024-09-11 15:01:00
DİM bu şəxslər üçün qeydiyyat elan edib
2024-09-11 12:18:30
Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək - Yeni qərarın izahı
2024-09-11 11:15:57
İki gündə geomaqnit qasırğası olacaq
2024-09-11 10:58:30
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı
2024-09-10 17:43:40