Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-02 15:04:36
"WhatsApp” müəllimlərə qadağan olundu

Dağıstanda müəllimlərə “WhatsApp”da iş yazışmaları aparmaq qadağan edilib.

 

AzEdu.az Lent.az-a istinadən xəbər verir ki, respublikanın məktəb müəllimlərindən messencerdən əl çəkməyi və orada iş söhbətləri aparmamağı xahiş ediblər. “WhatsApp” əvəzinə müəllimlərə məişət xidmətlərindən – “VKontakte” messencerindən və “Sferum” təhsil platformasından istifadə etmək təklif edilib.

 

Qeyd edək ki, sentyabrın 29-da Yekaterinburq müəllimlərinə də “WhatsApp” və Telegram-dan istifadə qadağan edilib.