Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-02 17:15:00
Məzunlar 40 il sonra UNEC-də görüşüblər

1983-cü ildə Azərbacan Dövlət İqtisad Universitetində Mühasibatlıq və statistika fakültəsinə daxil olan tələbələr 40 ildən sonra UNEC-də görüşüblər.

 

Yenidən universitetdə olmağın həyəcanını yaşayan qocaman məzunlar bir zamanlar təhsil aldıqları fakültədə olublar, bir neçə dərsi  müşahidə ediblər.

 

Məzunlar universitetin 24/7 kitabxanası, Ekstern Mərkəzi, Karyera mərkəzi və digər inzibati otaqlarla da tanış olublar. UNEC-in professoru Rəşad Muradov məzunları müşayiət edərək, onlara universitetdəki yeniliklər barədə məlumat verib.

 

Məzunların görüşü çay süfrəsi arxasında tələbəlik xatirələrini bölüşməklə davam edib.