
Vorvik Universiteti, “Warwick Manufacturing Group” və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında “Bərpa olunan enerji mənbələri” üzrə ikili diplom proqramı üzrə magistratura səviyyəsində dərslərə başlanılıb.
Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, ilk dərs universitetin dosenti Orxan Kərimzadə tərəfindən keçirilib.
Proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılıb. Məqsəd tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti sayəsində tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin təmiz enerjiyə keçidində açar rolu oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin etməkdir.