Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-19 14:04:00
“Naxçıvan” universiteti bağlanır? – Rektordan rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə “Naxçıvan” universitetinin fəaliyyətini dayandırması ilə bağlı paylaşımlarla qarşılaşırıq.

 

Bəs bu informasiyalar nə dərəcədə həqiqətə uyğundur?

 

AzEdu.az xəbər verir ki, universitetin rektoru Anar Kazımov öz rəsmi “facebook” hesabında mövzu ilə bağlı paylaşım edib.

 

Bildirib ki, “Naxçıvan” universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar dezinformasiyadır.

 

“İlk növbədə media və mətbuat nümayəndələrinə hörmət və ehtiramımızı ifadə edirik. Bu gün mətbu orqanların birində universitetimizə verilən lisenziyanın 2024-cü il yanvar ayının 1-dən dayandırılması haqqında məlumatlar paylaşılıb. Təbii ki,  xəbər həvəskarları da yoxlamadan, bu xəbəri yaymaqdadırlar. Rəsmi olaraq bildirirəm ki, bu dezinformasiyadır! Universitetimiz əvvəlki qaydada fəaliyyətini davam etdirir!”

 

Rektor universitetin bağlanılması ilə bağlı yoxlamaların aparıldığı mövzusuna da aydınlıq gətirib:

 

“Eyni zamanda xəbərdə guya yoxlamaların aparıldığı və pozuntuların aşkar edilməsi haqqında yazılır. Nə vaxt olub bu yoxlamalar? Hansı qanun pozuntuları aşkarlanıb? 

 

Hər kəsə məlumdur ki,  təsisçi dəyişikliyi olandan və mən fevral ayında rektor təyin olunandan sonra əksinə universitetimizdə şəffaf və dinamik mühit yaranıb, neqativ hallar tamamilə yığışdırılıb, tədrisi müasir tələblərə cavab verən formaya gətirmək üçün xeyli addımlar atılıb. Tələbələrlə mütəmadi görüşlər keçirib və təklifləri dinlənilir. Yerli və xarici ali təhsil müəssisələri ilə tələbə və müəllim mübadilələrinə start verilib. Sabah, 20 oktyabrda universitetimiz ilə dünya şöhrətli alim Nobel Mükafatçısı Aziz Sancarla Naxçıvanlı tələbələrin və ziyalıların video görüşü olacaqdır. Hər kəsdən xahişimiz odur ki, heç bir rəsmi mənbəyə istinad olmayan xəbərləri paylaşmamaqdır!”.

 

Qeyd edək ki, "Naxçıvan"  universiteti  1994-cü ildən ildən fəaliyyət göstərir.

 

Sifayə Abbas