Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-20 10:04:40
UNEC komandası ümumrespublika bilik yarışında IV yeri qazandı
 

Heydər Əliyev Mərkəzində ölkə ali təhsil müəssisələri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən yarış ölkəmizin tarixi və 100 illik yubileyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin və irsinin tədqiqi, öyrənilməsi və təbliği məqsədini daşıyır.

 

İştirakçılar “Heydər Əliyevin uşaqlıq və gənclik illəri”, “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü” və digər mövzularda biliklərini sınayıblar. Komandalar yarışa hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak ediblər, Heydər Əliyev Muzeyində saxlanılan arxiv materialları ilə tanış olublar.

 

Yarışda UNEC tələblərinin komandası IV yeri qazanıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası I, Daxili İşlər Nazirliyi Polis Akademiyasının komandası II, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbinin komandası III yerə, ADA Universiteti və Bakı Ali Neft Məktəbi isə V yerə  layiq görülüb.

 

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və elm və təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edərək, onları diplom və hədiyyələrlə, digər iştirakçıları isə diplomla təltif ediblər