Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-03 16:06:33
Azərbaycan aliminə nüfuzlu jurnalın rəyçi sertifikatı təqdim olunub

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovaya nüfuzlu “Elseiver” nəşriyyatının “Pattern Recognition Letters” jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı təqdim olunub.

 

İnstitutdan AzEdu.az- a bildirilib ki, nüfuzlu “Web of Science” bazasına daxil olan jurnal neyron şəbəkələri, maşın təlimi, Data Mining, nitqin tanınması, təbii dilin emalı və digər prioritet istiqamətlərdə əhəmiyyətli tədqiqatların nəticələrini təqdim edir.

 

“Pattern Recognition Letters” jurnalı, həmçinin “Scopus”, INSPEC, ACM “Computing Reviews”, “Science Citation Index”, “Engineering Index” və digər bazalarda indeksləşir və referatlaşdırılır.