Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-06 13:30:50
AzMİU kollektivi İkinci Fəxri Xiyabanda...

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi, müəllim və  tələbə heyəti 8 Noyabr – Zəfər Günü ilə əlaqədar İkinci Fəxri Xiyabana gedərək Vətən uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU- nun şəhid tələbə və məzunlarının məzarlarını ziyarət ediblər.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib. 

 


Qeyd edək ki, birinci və ikinci Qarabağ savaşlarında, Aprel döyüşlərində, lokal antiterror əməliyyatlarında və suverenliyimiz uğrunda gedən digər qanlı mübarizələrdə AzMİU-nun və universitetin nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin 50-dən çox tələbə və məzunu şəhid olub. 

 

Allah şəhidlərimizə rəhmət eləsin!