
2023-11-06 15:13:55
LDU-da Zəfər Günü ilə bağlı tədbirlər davam edir
Lənkəran Dövlət Universitetində (LDU) Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edir.
Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, Lənkəran Dövlət Universitetinin (LDU) “Filologiya və ibtidai təhsil” fakültəsində “8 Noyabr Azərbaycanın Zəfər Günüdür” mövzusunda keçirilən tədbirin iştirakçıları ilk öncə torpaqlarımızın bütövlüyü, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənib.
Fil.ü.f.d. Mehman Əliyev “Zəfər bayramı dövlətçilik tariximizin qızıl səhifəsi kimi” mövzusunda məruzə edib. Məruzədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qazandığı böyük zəfərdən, onun ədəbiyyatımızda bədii inikasından söz açılıb. Məruzə ətrafında II Qarabağ müharibəsi veteranı , universitetin “İbtidai sinif müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Cavad Hüseynov çıxış edib.
“Filologiya və ibtidai təhsil” fakültəsinin dekanı, dos.Elman Mirzəyev yekun çıxışında əzəli və əbədi torpaqlarımızın düşmən tapdağından tam azad olunmasını ölkə başçısı İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsi adlandırıb, bu mübarizədə LDU-nun tələbə və məzunlarının şücaətlə döyüşdüyünü, Vətən yolunda canlarından keçdiyini xüsusi vurğulayıb, ruhlarına rəhmət diləyib.
Tədbir tələbələrin ifasında vətənpərvərlik, Qarabağ mövzusunda ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44