Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-08 12:15:49
AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, rektor Vilayət Vəliyev 8 Noyabr – Zəfər Günü münasibətilə şura üzvlərini təbrik edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu qürurlu, şərəfli tarixləri bizə yaşadan şəhidlərimiz, qazilərimiz və hərbçilərimizin xidmətlərini heç zaman unutmayacağıq. Rektor onu da qeyd edib ki, qalib ölkənin qabaqcıl ali təhsil müəssisələrindən olan AzTU-nun professor-müəllim heyəti Prezident İlham Əliyevin elm və təhsillə bağlı qarşıya qoyduğu vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

 

İclasda AzTU-nun prioritet tədqiqat istiqamətləri müzakirə olunaraq qəbul edilib. Bundan başqa, universitetin Elmi-metodiki şurasının əsasnaməsində dəyişikliklər edilib.