_37.jpg)
2023-11-13 14:05:25
Litvada Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir
Litvanın Mikolos Romeris Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir.
AzEdu.az xəbər verir ki,proqramda bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər.
Tədris ingilis dilindədir.
Müraciət üçün əsas şərtlər:
- Tələbənin ümumi orta balı (ÜOMG) 91-dən yuxarı olmalı;
- İngilis dili ən az B2 səviyyəsində olmalı;
- Magistratura pilləsi üzrə 2-ci kurs tələbəsi olmalı.
Müraciət üçün son tarix: 17 noyabr, 2023-cü il
Tələb olunan sənədlər:
- Transkript (bütün semestrlər üzrə)
- CV (ingilis dilində)- İş təcrübəsi olanlar təcrübə keçdikləri qurumdaki rəhbərin əlaqə vasitələrini (tel.nömrəsi və e-poçt ünvanı) qeyd etməlidirlər.
- Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
- Niyyət məktubu (ingilis dilində)
- Müvafiq dil sertifikatı (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis dilində təhsil aldığını göstərən sənəd).
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq).
Elektron məktubu göndərərkən başlıq hissəsində «Mikolos Romeris Universiteti» yazılmalıdır.
Bu bölməyə aid digər xəbərlər
MDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib
2024-09-12 08:51:50
BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb
2024-09-11 16:35:26
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb
2024-09-11 11:04:32
EY şirkəti UNEC-də tələbələr üçün təlimlər keçib
2024-09-11 10:40:39
LDU yeni tədris ilinə ürəkaçan yeniliklərlə başlayır
2024-09-11 10:22:21
ADNSU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb
2024-09-11 09:10:50
Baş nazir daha 5 universitetlə bağlı yeni qərar verdi
2024-09-11 09:07:46
ADNSU-da əməkdaşlıq əlaqələri ilə bağlı müzakirə keçirilib
2024-09-10 17:29:08
Kəndlərdə bu fənlər üzrə vakansiyalar BOŞDUR
2024-09-10 13:15:41
İllik təhsil haqları niyə artırılıb? - Rəsmi AÇIQLAMA
2024-09-10 08:48:06