
2023-11-14 09:57:59
UNEC -də III Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
16-17 noyabr 2023-cü il tarixlərində UNEC-də “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda III Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
AzEdu.az xəbər verir ki, konfransın məqsədi dövlət, özəl sektor, universitetlər və beynəlxalq təşkilatların müvafiq nümayəndələrini bir araya gətirərək, rəqəmsal iqtisadiyyat mövzusunda müasir trendlər ətrafında müzakirələr aparıb, qarşıda duran vəzifələri müəyyən etməkdir.
Konfransın müzakirə mövzuları:
- Yeni iqtisadi reallıqda rəqəmsal iqtisadiyyat iqtisadi və sosial inkişafın əsas drayveri kimi
- Rəqəmsal texnologiyaların və süni intellektin hüquqi tənzimlənməsində müasir tendensiyalar
- Rəqəmsal iqtisadiyyatda biznesin idarə edilməsi
- Rəqəmsal iqtisadiyyat və Ali təhsil sistemi: əsas tendensiyalar və maneələr
- Rəqəmsal iqtisadiyyatın inkişafının beynəlxalq aspektləri
- Rəqəmsallaşma meqatrend kimi iqtisadiyyatın maliyyə sektoru
- Rəqəmsal səhiyyə: çağırışlar və perspektivlər
- Enerjinin rəqəmsal transformasiyası
Konfransın Elm komitəsinin tərkibində UNEC-lə yanaşı, İsveçrə, Sloveniya, Slovakiya, Rumıniya, Macarıstan, Polşa, Latviya, İspaniya, Albaniya, Türkiyə, Rusiya, Hindistan, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələrinin professorları təmsil olunurlar.
Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44