Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-16 12:17:00
Nazir müavini hökumətlərarası komissiyanın iclasında iştirak edib

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın 2-ci iclasında iştirak məqsədilə 12 – 15 noyabr tarixlərində Mərakeş Krallığının Rabat şəhərinə səfər edib.

 


Nazirlikdən AzEdu.az-a bildirilib ki, səfər çərçivəsində Firudin Qurbanov həmçinin I Azərbaycan – Mərakeş Biznes Forumunda iştirak edib.